Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin dəvəti ilə ölkəmizə gələn dünyaca məşhur karate ustası Hitoşi Kasuyanın rəhbərliyi ilə seminar keçirilib.
İdman.biz xəbər verir ki, sayca 31-ci ümumrespublika texniki seminarına müxtəlif federasiya və klublardan 100-dən artıq idmançı qatılıb.
Tədbirdə AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, federasiyanın İdarə Heyətinin üzvü Əhməd Əfəndi, gənc və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev və digər şəxslər iştirak ediblər.
Seminar müddətində müasir karatedə olan dəyişikliklər barədə məlumat verən 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya konkret fəndlər üzərində praktik biliklərini nümayiş etdirib.
Qeyd edək ki, məşhur karate ustası seminarla yanaşı, yerli idmançılardan Dan qara kəmər imtahanını sabah götürəcək.
İdman.biz