Yaponiyanın paytaxtı Tokioda keçirilən paracüdo üzrə Qran-priyə start verilib.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü J2 kateqoriyasında mübarizəyə qoşulub.
Vüqar Şirinli (60kq) finalda özbəkistanlı Kemran Nurillayevlə qarşılaşıb. Rəqib qələbə qazandığından həmyerlimiz gümüş medal qazanıb.
Namiq Abaslı (73 kq) 3-cü yer uğrunda görüşdə Feruz Sayıdovu (Özbəkistan) məğlub edib.
Şəhanə Hacıyeva (48 kq) isə ikinci yeri tutub. O, finalda qazaxıstanlı Nautbek Akmarala uduzub.
Beləliklə, komandamız günü 2 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışa dekabrın 5-də yekun vurulacaq.
İdman.biz