Hidayət Heydərov mövqeyini qoruyub

Xəbərlər
7 May 2025 13:31
119
Hidayət Heydərov mövqeyini qoruyub

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün çəki dərəcələrindəki cüdoçular arasında qazandığı reytinq xallarının sayına görə ikinci olaraq qalır.

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi siyahısında həm kişilər, həm də qadınlar arasında dünya reytinq liderlərinin göstəriciləri əks olunub.

Azərbaycanlı cüdoçu 6544 xalla ikinci yerdədir.

Bu, kişilər arasında ən yüksək göstəricidir və Heydərov ümumi cədvəldə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 7300) geri qalır. Üçüncü yerə isə ikiqat Olimpiya mükafatçısı Amandin Buşar (6200) yüksəlib.

Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qazandığı xallara görə beşinci göstəriciyə malikdir - 6046.

İdman.biz