Yığmamız Astanada 3 cüdoçu ilə təmsil olunacaq

Xəbərlər
7 May 2025 20:24
53
Yığmamız Astanada 3 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan qadınlardan ibarət cüdo yığması mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandanın heyətində 3 idmançı yer alıb.

Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.

Qadınlar
48 kq
Könül Əliyeva

52 kq
Gültac Məmmədəliyeva

57 kq
Fidan Əlizadə

İdman.biz