Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə Böyük Dəbilqə turniri başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda üç medal qazanıb.
Cüdoçularımızdan Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıblar. Azərbaycan millisi komanda hesabında 4-ci pillədə qərarlaşıb. Birinci yeri Yaponiya (7-5-4), ikinci yeri Koreya Respublikası (1-1-2), üçüncü yeri Braziliya (1-1-0) tutub.
Qeyd edək ki, Tokio turnirində 19 ölkənin idmançıları medal qazanıblar.
İdman.biz