Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 7 cüdoçusu tatamiyə çıxıb.
Onlardan Hidayət Heydərov və Zelim Tçkayev komandamızın aktivinə medal yazdırıb.
“Böyük Dəbilqə”
2 dekabr
Kişilər
73 kq
Yığmamızın lideri Hidayət Heydərov 1/16 finalda Mahmadbek Mahmedbekovu (AİN), ardınca Mark Xristovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 1/4 finalda cənubi koreyalı Eunkyul Li ilə güləşib və görüşü də aktivinə yazıb.
Yarımfinalda Heydərov Manuel Lombardodan da güclü olub. O, ilin son reytinq yarışının finalında yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib. 3 qat Avropa çempionumuz uğurlu seriyasını davam etdirib. O, Tokioda yerli idmançıya da gücünü göstərərək, "Böyük Dəbilqə"nin qızıl medalına yiyələnib.
Rəşid Məmmədəliyev ilk qarşılaşmasında Eliot Preveyə (Fransa) uduzub.
81 kq
Zelim Tçkayev ardıcıl olaraq Antonio Esposito (İtaliya), Kell Berliner (ABŞ) və Takanori Naqaseyə (Yaponiya) qalib gəlsə də, 1/4 finalda Junhvan Liyə (Cənubi Koreya) məğlub olub.
O, təsəlliverici qarşılaşmada Mixail Latisevdən (Moldova) güclü olub və bürünc medal uğrunda Somon Maxmadbekovla (Tacikistan) güləşib. 24 yaşlı cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Səid Mollai startda David Karapetyanla (AİN) qüvvəsini sınayıb və rəqib mərhələ adlayıb.
90 kq
Murad Fətiyev ilk qarşılaşmasında braziliyalı Rafael Masedonu yarışdan kənarlaşdırıb. Lakin o, 1/8 finalda Aksel Klerjə (Fransa) uduzub.
Vüqar Talıbov 1/16 finalda Sanşiro Murao (Yaponiya) ilə münasibətinə aydınlıq gətirib. Rəqib qalib gələrək, mərhələ adlayıb.
Qadınlar
57 kq
Acelya Torpak ilk görüşündə Kseniya Qalitskayaya (AİN) məğlub olub.
Qeyd edək ki, sabah başa çatacaq yarışa Azərbaycan millisi 14 cüdoçu ilə yollanıb.
İdman.biz