IJF Heydərov və Kotsoyevin dünya çempionatındakı çıxışı barədə: "Bu, onların şənliyi olacaq?"

Xəbərlər
4 İyun 2025 18:18
57
IJF Heydərov və Kotsoyevin dünya çempionatındakı çıxışı barədə: "Bu, onların şənliyi olacaq?"

“Olimpiya Oyunları-2024-ün qəhrəmanları tezliklə geri dönürlər, o cümlədən Hidayət Heydərov və Zelim Kotsoyev.”

İdman.biz xəbər verir ki, bu sözlər Beynəlxalq Cüdo Federasiyasının (IJF) Azərbaycanın aparıcı idmançılarının cüdo üzrə qarşıdakı dünya çempionatındakı çıxışına reaksiyasıdır.

Təşkilat saytında ilin əsas turniri olan və iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək dünya çempionatından gözləntilərini bölüşüb. Turnirdə 11 hazırkı dünya çempionu da iştirak edəcək ki, onların arasında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) də var: “Bu onların şənliyi olacaq? Tezliklə biləcəyik".

Həmçinin IJF dünya çempionatı ilə bağlı statistik məlumatları da açıqlayıb: “Budapeştdə 571 idmançı çıxış edəcək, onların arasında kişi və qadın cüdoçuların sayı demək olar ki, bərabərdir – 53% kişi, 47% qadın. Turnirə 94 ölkə və 5 qitədən cüdoçular qatılacaqlar. Ən böyük heyətə isə ev sahibi Macarıstan malik olacaq – 21 idmançı, onu Yaponiya, Braziliya, Monqolustan, Özbəkistan və İtaliya izləyir".

İdman.biz