Azərbaycan Cüdo Federasiyası: "Səid Mollayi hazırda millinin üzvü deyil"

Xəbərlər
25 Fevral 2025 12:00
142
Azərbaycan Cüdo Federasiyası: "Səid Mollayi hazırda millinin üzvü deyil"

Cüdoçu Səid Mollayi (81 kq) hazırda Azərbaycan millisinin üzvü deyil.

İdman.biz xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qurumdan həmçinin bildiriblər ki, Mollayinin karyerasını bitirib-bitirmədiyi ilə bağlı məlumatları yoxdur.

Qeyd edək ki, Səid Mollayi 2022-ci ilin mayında Azərbaycan millisinə cəlb edilmişdi. 33 yaşlı cüdoçu 2011-2019-cu illərdə İranı, 2019-2022-ci illərdə Monqolustanı təmsil edib.

Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş mükafata sahib çıxıb.

İdman.biz

Məqalədə: