Göygöldə beynəlxalq təlim-məşq toplanışı - FOTO

Xəbərlər
8 May 2024 19:59
Göygöldə beynəlxalq təlim-məşq toplanışı - FOTO

Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib.

İdman.biz xəbər verir ki, toplanışda 200-ə yaxın cüdoçu iştirak edib.

Hazırlıq prosesində Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı ümumilikdə Fransa, Yunanıstan, Qırğızıstan, Sloveniya, Ukrayna, Özbəkistan, Serbiya, Qazaxıstan və fərdi neytral idmançılar cəlb olunublar.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edib.

Qeyd edək ki, təlim-məşq toplanışı iyunun 27-30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

İdman.biz