Hidayət Heydərov: “Bütün gücümü olimpiya qızılı qazanmağa səfərbər edəcəm”

Xəbərlər
19 Fevral 2024 16:42
Hidayət Heydərov: “Bütün gücümü olimpiya qızılı qazanmağa səfərbər edəcəm”

“Böyük dəbilqədəki hər görüşə final qarşılaşması kimi baxırdım”.

İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən cüdo turnirinin qalibi Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının kanalına müsahibəsində deyib.

Karyerasında dördüncü dəfə bu yarışın qalibi adını qazanan idmançımız bildirib ki, tacikistanlı Abubakr Şerovla final görüşündə 10, hətta 20 dəqiqə qələbə üçün mübarizə aparmağa hazır olub: “Düzdür, Şerovla final idi. Amma yarımfinal və əvvəlki mərhələlərdə də eyni dərəcədə gərgin mübarizə oldu. Mən qalib olmaq üçün irəliləyirdim. Bunu doğma publika önündə etmək çox xoşdur”.

Hidayət ilə uğurla başladığını və qalib əhval-ruhiyyəsini Olimpiadaya qədər saxlamaq niyyətində olduğunu bildirib: “Evdə mənə necə azarkeşlik edildiyini, uşaqların adımı səsləndirdiyini görürəm. İstərdim ki, onlar məndən də böyük uğurlar qazansınlar. Mən bütün gücümü Azərbaycan üçün olimpiya qızılı qazanmağa səfərbər edəcəm”.

İdman.biz