Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkələrin medal sıralamasında Azərbaycan millisi üçüncü pillədə qərarlaşıb.
İdman.Biz xəbər verir ki, yığmamızın aktivində bir qızıl, bir gümüş və üç bürünc medal var. Azərbaycan komandası bu nəticə ilə Gürcüstan, İtaliya və digər ölkələri qabaqlayır.
Medal cədvəlinə Yaponiya başçılıq edir. Asiya təmsilçiləri indiyədək yeddi qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.
İkinci pillədə qərarlaşan İspaniyanın hesabında isə bir qızıl, iki gümüş və bir bürünc medal var.
Azərbaycanla eyni sayda qızıl və gümüş medal qazanan Gürcüstan bürünc medallarının sayına görə dördüncü yerdədir. İtaliya isə bir gümüş və bir bürünc medalla beşinci pilləni tutur.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.
