“Tatamiyə çıxanda atamı düşündüm” - Murad Fətiyevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

8 Oktyabr 2026 19:55
134
“Tatamiyə çıxanda atamı düşündüm” - Murad Fətiyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan təmsilçisi Murad Fətiyev (90 kq) uğurundan və yarışa hazırlıq prosesindən danışıb.

İdman.Biz xəbər verir ki, idmançı jurnalistlərə açıqlamasında dünya çempionatının kifayət qədər çətin keçdiyini, lakin Azərbaycan millisinin yarışa ciddi hazırlaşdığını bildirib.

“Bu, çox ağır dünya çempionatıdır. Komanda olaraq yarışa ciddi hazırlaşmışıq. Beş-altı ay gərgin məşqlər keçmişik. Şükürlər olsun ki, hamımız yaxşı çıxış edirik. İnanıram ki, qarşıdakı günlərdə medallarımızın sayı daha da artacaq”.

İdman.Biz-in sualını cavablayan Fətiyev qazandığı medalın ailəsi üçün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Atam da cüdoçu olub. Onun ən böyük arzusu mənim dünya çempionatının mükafatçısı olmağım idi. Tatamiyə çıxarkən atamı düşündüm. Atam məni arenadan dəstəkləyirdi”.

Qeyd edək ki, Murad Fətiyev bürünc medal uğrunda qarşılaşmada serbiyalı Nemanya Maydova qalib gəlib.

İdman.Biz