Zelim Tçkayev Bakıdakı DÇ finalından sonra: “Heç bir bəhanə yoxdur - rəqib daha güclü idi” - İDMAN.BİZ-ə AÇIQLAMA - VİDEO

7 Oktyabr 2026 20:20
163
Zelim Tçkayev Bakıdakı DÇ finalından sonra: “Heç bir bəhanə yoxdur - rəqib daha güclü idi” - İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatının finalındakı çıxışını şərh edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra idmançı hakimlərin işi barədə danışmaqdan imtina edib.

“Mən heç vaxt hakimlik haqqında danışmağı sevməmişəm, indi də bunu etməyəcəyəm”, - deyə Tçkayev bildirib.

Cüdoçunun sözlərinə görə, o, görüşün sonunadək qələbə qazanacağına inanıb.

“Düşünmürdüm ki, qələbəni əldən verirəm. Son ana qədər qalib gələcəyimi düşünürdüm”, - o qeyd edib.

İdman.Biz-in rəqiblə şəxsi görüşlərdəki uğursuz seriya ilə bağlı sualını cavablandıran Tçkayev məğlubiyyətinə bəhanə axtarmadığını vurğulayıb.

“Bilmirəm. O, daha güclüdür, ona görə də uduzmuşam. Heç bir yorğunluq yox idi, sadəcə olaraq o, daha güclüdür və mən uduzmuşam. Heç bir bəhanə yoxdur”, - deyə Tçkayev bildirib.

Gələcək planlarından söz açan idmançı bir qədər istirahətə ehtiyacı olduğunu vurğulayıb:

“Hələ ki, gələcəklə bağlı böyük planlarım yoxdur. Bir qədər dincəlmək, hər şeyi yenidən təhlil etmək və gözdən keçirmək istəyirəm. İndi konkret bir söz demək çətindir”.

Qeyd edək ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşviliyə məğlub olaraq Bakıdakı dünya çempionatının gümüş medalını qazanıb.

İdman.Biz