Dekabrın 23-də da Sabirabad şəhərində yerləşən Cüdo Təlim Mərkəzində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
İdman.biz xəbər verir ki, imtahan bütün kəmər dərəcələri üzrə keçiriləcək.
İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar iştirak edə bilər. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən, aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
İdman.biz