Azərbaycan yığması dünya çempionu olub - FOTO

Xəbərlər
8 Noyabr 2023 18:32
260
Azərbaycan yığması dünya çempionu olub - FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin qalibi adına Azərbaycan yığması yiyələnib.

Millimiz finalda Mərakeş ilə qarşılaşıb. Komandamız 4:0 (1:0) hesabı ilə inamlı qələbə qazanıb.

Sonda yarışın tnrənəli mükafatlandırılma mərasimi keçirilib. Mükafatları Azərbaycan Atçılıq Federasiyasınən prezidenti Elçin Quliyev təqdim edib.

Emin Ağa

İdman.biz