Azərbaycan yığması dünya çempionatında finala yüksəlib - FOTO

Xəbərlər
6 Noyabr 2023 22:12
255
Azərbaycan yığması dünya çempionatında finala yüksəlib - FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması ikinci oyunu da qələbə ilə başa vurub.

Millimiz Qazaxıstanla görüşdə çətinlik çəkməyib. Komandamız 6:0 hesablı qələbə qazanıb. Günün digər oyunlarında Mərakeş Polşanı (4:0), Özbəkistan isə Türkiyəni (3:0) məğlub edib.

Bu oyunlardan sonra finala yüksələn komandaların adları dəqiqləşib. Noyabrın 8-də keçiriləcək həlledici matçda Azərbaycan və Mərakeş yığmaları qarşılaşacaqlar. 3-cü yer uğrunda görüşdə Polşa və Özbəkistan üz-üzə gələcək.

Sabah isə festival çərçivəsində cıdır və yorğa qaçışlarına start veriləcək.

İdman.biz