Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə "Maksima Masters Avrasiya Kuboku”nun finalı və “Maksima Masters Avrasiya Ulduzları” mərhələ yarışları keçirilib.
İdman.biz xəbər verir ki, turnirdə Azərbaycan idmançısı 2 medal əldə edib.
Təmsilçimiz Aydın Əlibəyov yarışın ilk günündə "Prix Saint George" kateqoriyasında gümüş alıb. O, ertəsi gün isə "Intermediate 1" kateqoriyasında qızıl medal qazanıb.
İdman.biz