Liderlər Mingəçevirdə üz-üzə gələcək

Xəbərlər
24 Noyabr 2023 23:42
256
Liderlər Mingəçevirdə üz-üzə gələcək

Sabah həndbol üzrə XXX Azərbaycan çempionatının III turu start götürəcək.

İdman.biz xəbər verir ki, turun oyun cədvəli bəlli olub.

İlk oyun qadınlar arasında baş tutacaq. “Azəryol” “İdman Akademiyası” ilə qarşılaşacaq. Eyni klubların kişi həndbolçuları növbəti görüşdə güclünü müəyyən edəcəklər.

Noyabrın 26-da hər iki oyun "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. “Kür”ün qadınlardan ibarət komandası “Bakı”, kişilər isə “Qarabağ”la üz-üzə gələcək. Kür və “Qarabağ” iki turdan sonra maksimum nəticə göstərib və bu qarşılaşma maraqla gözlənilir.

III tur
25 noyabr
Qadınlar
10:00. “Azəryol” – “İdman Akademiyası”
Kişilər
12:00. “İdman Akademiyası” – “Azəryol”
14:00. “Bakı” – “Dinamo”

26 noyabr
Qadınlar
14:00. “Kür” – “Bakı”
Kişilər
16:00. “Kür” – “Qarabağ”

İdman.biz