II turun afişası bəlli olub

Xəbərlər
17 Noyabr 2023 23:41
213
II turun afişası bəlli olub

Həndbol üzrə XXX Azərbaycan çempionatının II turunun oyun cədvəli müəyyənləşib.

İdman.biz xəbər verir ki, tura sabah start veriləcək.

Noyabrın 18-də turun üç oyunu baş tutacaq. Qadınların mübarizəsində iki oyun keçiriləcək. “Qarabağ” “Azəryol”la, İdman Akademiyası “Kür”lə qarşılaşacaq.

Növbəti oyun günündə kişilərin mübarizəsində iki qarşılaşma təşkil olunacaq. Bütün oyunlar “AHF Arena” İdman Kompleksində keçiriləcək.

II tur
18 noyabr
Qadınlar

12:00. “Qarabağ” – “Azəryol”
14:00. İdman Akademiyası – “Kür”
Kişilər
16:00. “Dinamo” – “Kür”

19 noyabr
Kişilər

14:00. “Qarabağ” – “İdman Akademiyası”
16:00. “Təhsil” – “Bakı”

İdman.biz