Əməkdar məşqçi vəfat etdi

Xəbərlər
19 Dekabr 2025 16:59
48
Əməkdar məşqçi vəfat etdi

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası (AHF) məlumat yayıb.

Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.

O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.

İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

İdman.Biz
Məqalədə: