Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib - FOTO

Xəbərlər
17 Noyabr 2025 16:46
53
Azərbaycanın həndbol millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib - FOTO

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, yığma bu dəfə Qazaxıstan milli komandası ilə qarşılaşıb.

Matç 34:31 hesabı ilə rəqibin üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana 26:28 hesabı ilə uduzub. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.

İdman.Biz