Millinin həndbolçusu Nicat Əzizov karyerasını “Qarabağ”da davam etdirəcək

Xəbərlər
22 Oktyabr 2025 10:29
39
Millinin həndbolçusu Nicat Əzizov karyerasını “Qarabağ”da davam etdirəcək

Azərbaycan həndbol millisinin üzvü Nicat Əzizov karyerasını “Qarabağ”da davam etdirəcək.

Bu barədə İdman.Biz-ə Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

35 yaşlı oyunçu ötən mövsümü “Bakı” klubunda keçirib. Bu transfer təcrübəli oyunçunun “Qarabağ”a ikinci dönüşü kimi yadda qalacaq.

Qeyd edək ki, N.Əzizov karyerası ərzində “Məhsul” klubunun da şərəfini qoruyub.

İdman.Biz