Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək

Xəbərlər
3 Dekabr 2023 13:58
246
Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək

Batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, turnirlərə dekabrın 10-da start veriləcək.

Yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunacaq.

Qeyd edək ki, arenaya giriş sərbəst olacaq.

İdman.biz