Bədii gimnastika üzrə Azərbaycan yığması mayın 15-18-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək Avropa kubokunun ikinci mərhələsində çıxış edəcək.
İdman.biz xəbər verir ki, komanda Bakıdakı Avropa kubokundan sonra seriyanın növbəti turnirində mübarizə aparacaq.
Fərdi yarışlarda Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələrdə isə Şəms Ağahüseynova və Azadə Atakişiyeva çıxış edəcəklər.
Azərbaycan qrup yarışlarında da təmsil olunacaq. Böyüklərdən ibarət komandada Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alıblar.
Yeniyetmələr qrupuna Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Müvəffəqi və Nilufər Oruclu daxildir.
Avropa kubokunda 12 ölkədən gimnastlar çıxış edəcəklər.
İdman.biz