Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda ən çox mükafatı italiyalı idmançılar qazanıb.
İdman.biz xəbər verir ki, onlar fərdi yarışda 5 medal qazanıblar.
Sofia Raffaeli “Cross Battle” və topla yarışında qalib gəlib, Tara Draqaş isə gürzlər və lentlə gümüş, halqa ilə bürünc medal qazanıb.
İtaliyanın qrup komandası beş lentlə hərəkətlərdə yarışın qalibi olub.
Azərbaycan yığması isə bu turnirdə 5 medala sahib çıxıb. Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda iki dəfə fəxri kürsüyə yüksəlib. Gimnastlar üç top və iki halqa ilə hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar. Bundan başqa, yeniyetmələrin lentlə çıxışında Şəms Ağahüseynova üçüncü olub. Yarışın sonuncu günündə isə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komanda iki finalda - beş halqa ilə, eləcə də beş cüt gürzlə hərəkətlərdə bürünc medal qazanıb.
Qeyd edək ki, yarışlarda 25 ölkədən 170-dən çox gimnast iştirak edib.
İdman.biz