Kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü arxada qalıb.
İdman.biz xəbər verir ki, qadın idman gimnastikası üzrə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) yeniyetmələr, gənclər və böyüklər, kişi idman gimnastikası üzrə isə fərdi çoxnövçülükdə balacalar, uşaqlar və yeniyetmələr arasında qaliblər müəyyənləşib.
Yarışın ilk gününə qadın idman gimnastları arasında uşaqlar (2013-2014-cü il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) və böyüklər (2007-ci il və daha böyük təvəllüdlülər), kişi idman gimnastları arasında kiçiklər (2016-cı il), gənclər (2008-2009-cu il təvəllüdlülər, B kateqoriyası, 2006-2007-ci il təvəllüdlülər, A kateqoriyası), böyüklər (2005-ci il və daha böyük təvəllüdlülər) mükafatçılar bəlli olub.
İdman.biz