Gimnastlar Varnaya yola düşüblər

Xəbərlər
9 May 2025 16:32
42
Gimnastlar Varnaya yola düşüblər

İdman gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstana yollanıb.

İdman.biz xəbər verir ki, həftəsonu Varna şəhərində "Challenge" seriyalı Dünya kuboku keçiriləcək.

Yarışda Mənsum Səfərov və Dəniz Əliyeva çıxış edəcəklər.

Səfərov sərbəst hərəkətlər və turnikdə çıxış edəcək, Əliyeva isə hər dörd növdə - sərbəst hərəkətlər, dəstəli at, dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə aparacaq.

İdman.biz