Sofiyada Avropa Gimnastikasının Konqresi öz işinə başlayır

Xəbərlər
1 Dekabr 2023 11:33
263
Sofiyada Avropa Gimnastikasının Konqresi öz işinə başlayır

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada Fərid Qayıbovun rəhbərliyi ilə Avropa Gimnastikasının Konqresi öz işinə başlayır.

İdman.biz xəbər verir ki, toplantıda Azərbaycan da daxil olmaqla 153 ölkədən 45 nümayəndə iştirak edəcək.

Tədbirdə ölkəmiz Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, baş katib Nurlana Məmmədzadə, texniki direktor Natalya Bulanova və AGF-nin digər nümayəndələri ilə təmsil olunacaq.

İki gün davam edəcək konqresdə qitədə gimnastikanın inkişafı ilə bağlı müvafiq məsələlər müzakirə ediləcək.

Forumun açılışında Bolqarıstanın gənclər və idman naziri Dimitr İliyev və paytaxt meri Vasili Terziyevin fəxri qonaq statusunda iştirakı gözlənilir.

Qeyd edək ki, Sofiya 2019-cu ildən ikinci dəfə tədbirə ev sahibliyi edir.

Zəki Feyzullayev
İdman.biz