Bakıda gimnastika üzrə Avropa təlim-məşq düşərgəsi - FOTO

Xəbərlər
30 İyul 2025 09:26
48
Bakıda gimnastika üzrə Avropa təlim-məşq düşərgəsi - FOTO

Bakıda Avropa Gimnastikasının (EG) təşkilatçılığı ilə batut və tamblinq üzrə yay təlim-məşq toplanışı start götürüb.

İdman.biz xəbər verir ki, hazırlıq Milli Gimnastika Arenasında beynəlxalq ekspertlərin və məşqçilərin nəzarəti altında keçirilir.

Toplanışda 140-a yaxın idmançı, o cümlədən Luiş Nuneş (Portuqaliya), Cenni Soderlund (İsveç), tamblinq üzrə Azərbaycan yığmasının məşqçisi Adil Hüseynzadə və başqaları iştirak edir.

Təlim-məşq toplanışı zamanı müxtəlif ölkələrin komandaları təcrübəli mütəxəssislərin rəhbərliyi altında təlim-məşq toplanışı keçmək və mövsümün ikinci yarısına hazırlaşmaq imkanı əldə edirlər.

Avqustun 2-dək davam edəcək düşərgəyə 11-18 yaşlı gimnastlar qatılıblar.

İdman.biz