Bu gün Xorvatiyanın Osiek şəhərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarının final mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, ilk turda Azərbaycan millisinin üzvü Albina Əliyeva idman gimnastikası üzrə fərdi çıxışlarda dayaqlı tullanma növündə 12.900 xalla 8-ci yerə layiq görülüb.
Finala vəsiqə qazan gimnast bu gün fərdi çıxışlarda eyni növdə mübarizə aparacaq.
Qeyd edək ki, komanda yarışlarında Albina Əliyeva 45.900 xalla 37-ci, Aynaz Məcidzadə 43.550 xalla 67-ci, Leyla Məmmədzadə isə 28.150 xalla 98-ci sırada yer alıb. Bu nəticə ilə gimnastlarımız komanda hesabında 19-cu yerə layiq görülüblər.
Gimnastika yarışları Xorvatiyanın Osiek şəhərində yerləşən “Qradski Vrt” yarış zalında keçirilir.
İdman.biz