Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.
İdman.biz xəbər verir ki, mövsümün ən vacib yarışında ölkəmizi fərdi proqramda bir gimnast və qrup hərəkətləri komandası təmsil edəcək.
Fərdi yarışda Kamilla Seyidzadə çıxış edəcək. Qrup hərəkətləri komandasında isə Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədova yer alıblar.
Qeyd edək ki, avqustun 20-24-də keçiriləcək dünya çempionatında iştirak üçün 76 ölkə qeydiyyatdan keçib. Ümumilikdə Rio-de-Janeyroda 36 qrup da daxil olmaqla 320 gimnast çıxış edəcək.
İdman.biz