Bədii gimnastika yığmamızın məşqçisi Hindistanda ustad dərsləri keçib

Xəbərlər
24 Noyabr 2023 12:10
272
Bədii gimnastika yığmamızın məşqçisi Hindistanda ustad dərsləri keçib

Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçisi Dariya Lexkaya Hindistanda səfərdədir.

İdman.biz xəbər verir ki, çalışdırıcı “Kalaakar” Bədii Gimnastika Klubunun dəvəti ilə bu ölkəyə yollanıb.

Yığmamızın məşqçisi yerli klubun təmsilçilərinə təlim-məşqlər və ustad dərsləri keçib.

İdman.biz