Azərbaycanlı gimnast dünya çempionatının təsnifatında 6-cı pillədə yer alıb - YENİLƏNİB

Xəbərlər
18 İyun 2025 18:23
67
Azərbaycanlı gimnast dünya çempionatının təsnifatında 6-cı pillədə yer alıb - YENİLƏNİB

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə halqa və topla hərəkətlərdə təsnifat mərhələsi keçirilib.

Azadə Atakişiyevə halqa ilə çıxışı zamanı 24,000 xal toplayaraq, təsnifatı 6-cı pillədə başa vurub.

İlahə Bahadırova top hərəkətkərdə 22,600 xal qazanıb. O, hazırda səkkizinci yerdədir.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatında qaliblər yalnız şəxsi yarışlarda bəlli olacaq. Burada çoxnüvçülük nəzərdə tutulmayıb.

***

16:27

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə halqa və topla hərəkətlərdə təsnifat mərhələsi keçirilir.

İlahə Bahadırova top hərəkətkərdə 22,600 xal qazanıb. O, hazırda səkkizinci yerdədir.

***

15:02

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə halqa və top hərəkətləri üzrə təsnifat mərhələsi keçirilir.

Azərbaycan gimnastları da mübarizəyə başlayıblar.

Azadə Atakişiyeva halqa hərəkətlərini yerinə yetirərək 24,000 xal toplayıb. Bu, ona dördüncü yerə yüksəlməyə imkan verib, lakin qarşıda digər qruplardan olan gimnastların çıxışları var.

İlahə Bahadırova isə topla hərəkətlərdə çıxış edəcək.

***

10:45

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı başlayır.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi keçiriləcək.

Azərbaycan gimnastları da mübarizəyə başlayacaqlar: Azadə Atakişiyeva halqa ilə kompozisiya nümayiş etdirəcək, İlahə Bahadırova topu ram edəcək.

Yeniyetmələrin dünya çempionatında fərdi hesabda yalnız müxtəlif növlərdə medallar uğrunda mübarizə gedəcək. Çoxnövçülük yarışları nəzərdə tutulmayıb.

İdman.biz