Dəniz Əliyeva Avropa çempionatında çıxış edib

Xəbərlər
27 May 2025 10:59
62
Dəniz Əliyeva Avropa çempionatında çıxış edib

Almaniyanın Leypsiq şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, ilk gündə qadınlar təsnifat mərhələsində yarışıblar.

Azərbaycan idmançısı Dəniz Əliyeva dörd növün hamısında - sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma və gimnastika tirində çıxış edib. O, bütün növlərdə 43,632 xal toplayıb və çoxnövçülükdə 62-ci olub.

Bu gün kişilərin təsnifat yarışı keçiriləcək. Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Murad Ağarzayev mübarizəyə qoşulacaqlar.

İdman.biz