Maltanın Kavra şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclası keçirilib.
İdman.biz xəbər verir ki, toplantıda Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov da iştirak edib.
İclasda 2028-ci il Los-Anceles Olimpiadası üçün kişilər və qadınlar arasında idman gimnastikası, bədii gimnastika və batut üzrə Olimpiya təsnifat sistemi təsdiq edilib. Reqlament tezliklə açıqlanacaq.
Həmçinin 2029-cu ildə kişilər və qadınlar arasında idman gimnastikası, bədii gimnastika, batut gimnastikası üzrə dünya çempionatlarının, yeniyetmələr arasında dünya çempionatlarının keçirilməsi üçün tender açılıb.
FIG Şurası həmçinin Texniki Reqlamentlərə təklif edilən dəyişiklikləri, habelə İntizam Məcəlləsinin yenilənməsini təsdiqləyib.
İdman.biz