Bədii gimnastika üzrə Avropa kubokunun püşkü atılıb

Xəbərlər
12 May 2025 17:09
49
Bədii gimnastika üzrə Avropa kubokunun püşkü atılıb

Mayın 15-dən 18-dək Burqasda (Bolqarıstan) keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunun püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkün nəticələrinə görə, Azərbaycan komandası xalçaya 4-cü çıxacaq.

Mübarizəyə qoşulacaq qrup hərkətləri üzrə komandamızın heyətinə Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova daxildir.

Fərdi yarışda Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələr arasında isə Şəms Ağahüseynova və Azadə Atakişiyeva məharətlərini nümayiş etdirəcəklər.

Yeniyetmələrdən ibarət qrup isə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət idi.
Qeyd edək ki, Avropa kubokunda 12 ölkədən gimnastlar iştirak edəcək.

İdman.biz