Bədii gimnastika üzrə “Ocaq kuboku” III beynəlxalq turnirinin təqvimi təqdim olunub.
İdman.biz xəbər verir ki, yarış oktyabrın 3-5-də Milli Gimnastika Arenasında keçiriləcək.
On ölkədən 350 idmançı üç gün ərzində müxtəlif yaş qrupları üzrə mükafatlar uğrunda mübarizə aparacaq.
Onlar çoxnövçülük və fərdi yarışlarda yarışacaqlar. Qrup hərəkətləri üzrə komandalar da öz bacarıqlarını nümayiş etdirəcəklər.
İdman.biz