Aerobika gimnastikası üzrə yığma Plovdiv və Buxarest yarışlarında mübarizə aparacaq

Xəbərlər
5 Oktyabr 2023 22:04
95
Aerobika gimnastikası üzrə yığma Plovdiv və Buxarest yarışlarında mübarizə aparacaq

Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandası “Plovdiv kubokunda” çıxış edəcək.

İdman.biz saytı xəbər verir ki, yarış oktyabrın 6-8-də Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq.

Komandanın heyətində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Məryəm Topçubaşova, Sənəm Kazımova, Aylin Əliyeva və Dilarə Qurbanova yer alıblar.

Bu yarışın ardınca gimnastlarımzı növbəti məsul yarış gözləyir. Böyüklərdən ibarət yığma Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Dünya kubokunda qüvvəsini sınayacaq. Oktyabrın 13-15-də təşkil olunacaq turnirdə komandanın heyətində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva mübarizə aparacaq.

İdman.biz