Dünya kuboku: Qrup komandasından 2 medal - FOTO

Xəbərlər
21 Aprel 2024 17:09
407
Dünya kuboku: Qrup komandasından 2 medal - FOTO

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya kubokunda 2 medal qazanıb.

İdman.biz xəbər verir ki, gimnastlarımız beynəlxalq turnidə 2 bürüncə sahib çıxıb.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız 3 lent və 2 topla daha bir finalda çıxış zamanı 30,200 bal toplayıb. Yığmamız 6-cı olub.

Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova lentlə çıxışını başa vurub. O, 30,600 balla 6-cı olub. Bu proqramda qızıl medalı Darya Varfolomeyeva (Almaniya, 33,400) qazanıb. Növbəti yerləri Elvira Krasnobayeva (Bolqarıstan, 33,350) və Taisiya Onofriyçik (Ukrayna, 33,20) tutublar.

Qeyd edək ki, Azərbaycanın qrup komandası çoxnövçülük və 5 halqa ilə çıxışda bürünc əldə edib.

---------

14:43

Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb.

İdman.biz xəbər verir ki, qrup hərəkətləri komandası bürüncə sahib çıxıb.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb. Gimnastlarımız 36,100 bal toplayıblar. Yaponiya yığması (36,450) balla 1-ci, İtaliya 36,250 balla 3-cü yeri tutub.

Yığmamız bu gün 3 lent və 2 topla daha bir finalda çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanın qrup komandası dünən çoxnövçülükdə bürünc əldə edib.

İdman.biz