Aerobika gimnastı finalda

Xəbərlər
13 Aprel 2024 21:21
94
Aerobika gimnastı finalda

Sara Əlixanlı “Slovak Aerobic Open”də final mərhələsinə vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, o, gənclər arasında aerobika gimnastikası üzrə beyanəlxalq turnirdə bu hüququ əldə edib.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışda final sabah təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə 5 idmançı ilə təmsil olunub.

İdman.biz