"Bu il heç də pis nəticələr qazanmadım".
İdman.biz xəbər verir ki, bunu tamblinq üzrə Azərbaycan yığmasının üzvü Aleksey Karataşev deyib.
Gimnastika üzrə Azərbaycan çempionatında bürünc medal qazanan yeniyetmə idmançı çıxışından narazı qalıb. O, kürəyindəki zədə üzündən istənilən səviyyədə çıxış edə bilmədiyini etiraf edib. "Bu il Polşa turnirində qələbə qazandım, Portuqaliyadakı yarışda isə ikinci oldum. Birmingemdə keçirilən yeniyetmələr arasında dünya çempionatında bürünc qazandım. Buna görə də, mövsümü uğurlu adlandrmaq olar. Növbəti ildə ilk məsul turnir Avropa çempionatı olacaq", - deyə Karataşev bildirib.
Karataşev yığmanın üzvü Mixail Malkinin dünya çümpionatında qələbəsinin ona stimul verdiyini deyib: "Tamblinqdə güc və texnika önəmlidir. Dünya çempionu Mixal Malkin və yığmanın qızıl medal qazanması məni ruhlandırır. Bu amil daha çox çalışmaq və böyük qələbələr qazanmaq üçün mənə əlavə stimul verir".
Zəki Feyzullayev
İdman.biz