Kürdəmir və Şirvanın idmançıları Milli Gimnastika Arenasında hazırlığa başlayıb - FOTO

Xəbərlər
5 Dekabr 2023 15:51
244
Kürdəmir və Şirvanın idmançıları Milli Gimnastika Arenasında hazırlığa başlayıb - FOTO

Kürdəmir və Şirvan Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, dekabrın 9-dək davam edəcək hazırlıqda əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Məşqlərə 2010-2015-ci il təvəllüdlü 14 gimnast qatılıb.

Kürdəmir və Şirvan Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Ləman Zeynalzadə bildirib ki, burada keçirilən təlim-məşqlərin gimnastların inkişafına təkan verərək, yarışlara yaxşı şəkildə hazırlaşmalarına kömək edir: “Bizi dekabrda bədii gimnastika üzrə yarışlar gözləyir. Yüksək nəticə əldə etmək üçün daimi olaraq məşqlər keçirik. Artıq ikinci dəfədir ki, Milli Gimnastika Arenasında məşq keçirik. Burada bizim üçün yüksək şəkildə şərait yaradılıb”.

Banuçiçək Hüseynli
İdman.biz