Xorvatiyanın paytaxtı Zaqrebdə tələbələr arasında keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyası (AİA) finalda İspaniyanın Valensiya Universiteti ilə qarşılaşıb.
Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə başa çatıb. İnamlı qələbə qazanan AİA universitetlər arasında Avropa çempionu tituluna yiyələnib.
İdman.biz