“Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Yevgeni Kukseviç UEFA Çempionlar Liqasının püşkatmasına münasibət bildirib.
İdman.biz xəbər verir ki, rusiyalı mütəxəssis AZƏRTAC-a açıqlamasında komandasının turnirdə layiqincə çıxış edəcəyinə inandığını bildirib.
O, hazırda komandanı formalaşdırdıqlarını önə çəkib: "Yeni mövsüm üçün yaxşı heyət qurmaq istəyirik. Çempionlar Liqasında hədəfimiz yüksəkdir”.
Çalışdırıcı rəqibləri ciddi şəkildə təhlil edəcəklərini söyləyib: “Bütün komandalara hörmətlə yanaşırıq. Onların oyunlarına ayrı-ayrılıqda baxacağıq. Biz öz gücümüzə və imkanlarımıza uyğun hərəkət edəcəyik. Azərbaycanı Avropada layiqincə təmsil etmək istəyirik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” F qrupunda “Ljuti Krajişniç” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
İdman.biz