Yevgeni Kukseviçin Azərbaycan millisinin baş məşqçisi olması təsdiqlənib - VİDEO

Xəbərlər
25 İyun 2025 13:58
80
Yevgeni Kukseviçin Azərbaycan millisinin baş məşqçisi olması təsdiqlənib - VİDEO

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisinin adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.

Qeyd edək ki, 53 yaşlı rusiyalı mütəxəssis Kukseviç bu ilin əvvəlindən "Araz-Naxçıvan" klubunda da baş məşqçi funksiyasını yerinə yetirib.

İdman.biz