Ağatahir Əzimova federasiyada vəzifə verilib

Xəbərlər
1 Noyabr 2023 15:00
258
Ağatahir Əzimova federasiyada vəzifə verilib

Ağatahir Əzimov futzal federasiyasında seleksiyaçı-məşqçi vəzifəsinə təyin olunub.

Federasiyadan İdman.bizə verilən məlumata görə, son 4 ildə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmuş mütəxəssis gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.

Uzun müddət Azərbaycan millisinin üzvü olmuş Ağatahir Əzimovun rəhbərliyi altında U-19 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.

İdman.biz