Futzal üzrə Azərbaycan Yüksək Liqasında doqquzuncu turdan təxirə salınmış “Araz-Naxçıvan” - U-19 oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, “Olimpik Star”da baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin 12:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra son ölkə çempionu qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanıb. U-19 isə altı xalla beşincidir.
Qeyd edək ki, futzal üzrə Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.
