Yeddiqat “Formula-1” çempionu Mixail Şumaxerin sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
İdman.Biz xəbər verir ki, məlumatı “Daily Mail” dərc edib.
Mənbə iddia edir ki, M. Şumaxer artıq yatağa bağlı deyil və evdə tibbi personalın köməyi ilə əlil arabasında hərəkət edə bilir.
Bildirilir ki, o, həkimlərin 24 saat nəzarəti altında yaşayır və ailənin öz evində məskunlaşıb.
Eyni zamanda vurğulanır ki, yaxınlarının qərarı ilə onun sağlamlığı barədə məlumatlar hələ də ciddi şəkildə məhdudlaşdırılır.
