“Barselona”nın əfsanəsi karyerasını başa vurur - VİDEO

Xəbərlər
26 Sentyabr 2025 10:43
36
“Barselona”nın əfsanəsi karyerasını başa vurur - VİDEO

“Barselona”nın və İspaniya millisinin əfsanəvi yarımmüdafiəçisi Serxio Busquets peşəkar karyerasını yekunlaşdırır.

İdman.biz xəbər verir ki, son olaraq “İnter Mayami”nin formasını geyinən 37 yaşlı oyunçu bu barədə sosial şəbəkə hesablarında yazıb.

Busquets paylaşımında futbol cameəsinə təşəkkürünü ifadə edib: “Futbol və hər kəs üçün təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olaraq qalacaqsınız”.

Qeyd edək ki, ispaniyalı futbolçu peşəkar karyerasına 2008-ci ildə “Barselona”da başlayıb və 2023-cü ilin yayına qədər Kataloniya klubunun formasını geyinib. 15 mövsümlük karyeradan sonra o, ABŞ-ın “İnter Mayami” klubuna keçib.

Busquets, həmçinin İspaniya millisində də böyük iz qoyub. O, yığmada 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.biz

Məqalədə: