“Fənərbaxça”da növbədənkənar prezident seçkiləri keçirilib.
İdman.biz xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni prezident Sadettin Saran olub. O, 24 393 səsin 12 325-ni toplayaraq hazırkı prezident Ali Koçu qabaqlayıb. Koç isə 12 068 səs yığa bilib.
Bununla da Koçun yeddiillik rəhbərliyi başa çatıb və “Fənərbaxça” tarixində yeni mərhələyə qədəm qoyub.
Saran seçimdən sonra verdiyi açıqlamada çempion olana qədər bayram və təbriklərin olmayacağını bildirib.
İdman.biz